Moskvanın Taqanski Məhkəməsi Telegram messencerini məzmunu silməkdən imtina etdiyinə görə 3,5 milyon rubl cərimələyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələri” Telegram kanalında məlumat verilib.
«Telegram Messenger inc. Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək, məhkəmə onu 3,5 milyon rubl məbləğində inzibati cərimə ilə cəzalandırıb”, – mətbuat xidmətindən bildirilib.