Ən bahalı avtomobil markaları – SİYAHIbackend

Ən bahalı avtomobil markaları – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda Brand Finance ekspertləri qlobal brendlərin təxmin edilən dəyərinin illik reytinqini tərtib ediblər – Qlobal 500, təbii olaraq, qlobal avtomobil sənayesinin markalarını da əhatə edib. 

Bu məlumatlara əsaslanaraq ən bahalıların siyahısı hazırlanıb.

NOCOMMENT.az-ın xarici KİV-ə istinadla məlumatına görə, 2025-ci ilin ən qiymətli avtomobil markası adı dəyəri 64,7 milyard dollara çatan Yaponiyanın Toyota şirkəti verilib. Ümumilikdə, Toyota bütün sənayelər üzrə ən bahalı brendlərin dünya reytinqində 18-ci yeri tutub.

Ümumilikdə, aşağıdakı avtomobil markaları 2025-ci il reytinqinin TOP-100-ə daxil olublar:

• Toyota (18-ci yer) – 64,7 milyard dollar;

• Mercedes-Benz (23-cü yer) – 53 milyard dollar;

• Hyundai (29-cu yer) – 46,3 milyard dollar;

• Tesla (36-cı yer) – 43 milyard dollar;

• BMW (37-ci yer) – 42,5 milyard dollar;

• Porsche (40-cı yer) – 41,2 milyard dollar;

• Mitsubishi (43-cü yer) – 40,4 milyard dollar;

• Tata (60-çı yer) – 31,6 milyard dollar;

• Volkswagen (61-ci yer) – 31,4 milyard dollar;

• Honda (70-ci yer) – 28,3 milyard dollar;

• Ford (86-cı yer) – 22,9 milyard dollar.