Fransa, Almaniya və Britaniya atəşkəsi təmin etmək üçün Ukraynaya qoşun göndərməyə hazırdır, lakin onların ABŞ-ın dəstəyinə ehtiyacı var.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Fransa Maliyyə Nazirliyinin rəhbəri Erik Lombard Bloomberg TV-yə müsahibəsində deyib.
“Əgər atəşkəsin saxlanmasını istəyiriksə, ABŞ-ın dəstəyinə ehtiyacımız var.
Lombar əlavə edib ki, atəşkəsə zəmanət vermək üçün Ukraynaya avropalı əsgərlər göndərilməlidir. Fransa Maliyyə Nazirliyinin rəhbərinin sözlərinə görə, digər Avropa ölkələri də öz qoşunlarını Ukrayna ərazisinə göndərməyə razıdırlar.