Fransa prezidenti Emmanuel Makron Ağ Evdə keçirdiyi görüşdə ABŞ prezidenti Donald Trampa təzyiq edib ki, sülh razılaşmasından sonra Ukraynaya göndərilməsi planlaşdırılan fransız və ingilis əsgərlərinə hərbi dəstək göstərilsin.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yüksək vəzifəli məmura istinadən xəbər verir.
Məqalədə deyilir: “Makron Trampa təzyiq edib ki, ABŞ Rusiya ilə sülh sazişi bağlayacağı təqdirdə Böyük Britaniya və Fransanın Ukraynaya yerləşdirməyə hazır olduqları minlərlə hərbçiyə ABŞ hərbi dəstək versin ”.
Onlar təfərrüata varmadılar, lakin Tramp bu ideyaya açıq idi, adının açıqlanmasını istəməyən məmur bildirib. Fransa prezidenti Amerika lideri ilə razılığa gəldiyini düşünərək Vaşinqtonu tərk edib.
Ağ Evdə mətbuat konfransı keçirən Fransa prezidenti Emmanuel Makron Avropanın Ukraynaya necə maliyyə yardımı etdiyinə aydınlıq gətirmək üçün Donald Trampın sözünü kəsib. CNN qeyd edib ki, Fransa və Amerika liderləri Ukraynanı müzakirə etməyə gələnə qədər gülərüz və mehriban olublar. Bu məqamda Avropa ilə ABŞ arasında ziddiyyətlər daha qabarıq görünürdü.