Azərbaycandan gedənlər aeroprotda saxlanıldı, apardıqları məhsullar məhv edildibackend

Azərbaycandan gedənlər aeroprotda saxlanıldı, apardıqları məhsullar məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin əvvəlindən Rusiyanın Perm vilayətinə Özbəkistan və Azərbaycandan mənşəyi məlum olmayan 108 kq heyvandarlıq məhsulunun idxalı dayandırılıb. 

NOCOMMENT.az yerli mediaya istinadla bildirir ki, bu barədə “Rosselxoznadzor”un Kirov vilayəti, Udmurt Respublikası və Perm ərazisi üzrə idarəsinin saytında məlumat yerləşdirilib. Qeyd olunub ki, Perm Beynəlxalq Hava Limanına gələn sərnişinlərin əl yükündə delikateslər aşkar edilib.

“Özbəkistan və Azərbaycandan gələn 59 sərnişinin əl yükündə ət (36,8 kq), süd (46,8 kq) və arıçılıq (25,1 kq) məhsulları olub. 2024-cü ilin eyni dövründə 57 vətəndaşdan 58,4 kq məhsul götürülüb”, – məlumatda deyilir.

Malların böyük əksəriyyətində orijinal qablaşdırma, istehsalçı haqqında işarələr, istehsal tarixi, yararlılıq müddəti və saxlama şəraiti olmayıb. Sərnişinlər şəxsi istifadə üçün məhsul apardıqlarını qeyd ediblər. Amma bu fakt istənilən halda “Baytarlıq haqqında” qanunu pozub.

Potensial təhlükəli məhsullar Perm hava limanı ilə qarşılıqlı əlaqə sxeminə uyğun olaraq məhv edilib.\\Lent.az