Avtomobil satışı üzrə dünya liderinin adı açıqlanıbbackend

Avtomobil satışı üzrə dünya liderinin adı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ilin yanvar ayının nəticələrinə görə, dünyada minik avtomobillərinin və yüngül kommersiya avtomobillərinin satışı 6,7 milyon ədəd təşkil edib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə təxminən 2% çoxdur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Just-auto.com GlobalData-nın məlumatlarına istinadən məlumat yayıb.

Yanvarda Çin 1,96 milyon avtomobil sataraq avtomobil satışında dünya lideri olub. İkinci yerdə 1,1 milyon avtomobillə ABŞ qərarlaşıb.

Yanvarda Qərbi Avropa avtomobil bazarları ümumilikdə 3,2% azalaraq 1 milyon ədədə düşüb. Şərqi Avropada avtomobil satışı 288,5 min ədədə düşüb. Lakin Cənubi Amerikada dilerlər ayda 225,6 min avtomobil satıblar ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 22,3% çoxdur.