Belarus parlamentinin yuxarı palatası Rusiya ilə təhlükəsizlik sazişini təsdiqləyibbackend

Belarus parlamentinin yuxarı palatası Rusiya ilə təhlükəsizlik sazişini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus parlamentinin yuxarı palatası Rusiya Federasiyası ilə İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında sazişin ratifikasiyasını təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sənəddə göstərilir ki, ölkəyə qarşı “təcavüz aktlarının qarşısını almaq və dəf etmək” üçün onun ərazisində Rusiya Federasiyasının hərbi obyektlərinin yaradılması və hərbi birləşmələrinin yerləşdirilməsi mümkündür.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib ki, sazişin əsas məqsədi rusları və belarusları, eləcə də iki dövlətin ərazilərini “ilk növbədə Avropa İttifaqının sərhədyanı dövlətlərinin təhdid və təxribatlarından” qorumaqdır.