Macarıstan Aİ-də Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının tərəfdarı olacaqbackend

Macarıstan Aİ-də Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının tərəfdarı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Budapeşt Aİ-nin martın 6-da Brüsseldə keçiriləcək sammitində Ukraynada sülhə nail olmaq üçün Rusiya və ABŞ arasında danışıqların zəruri olduğu fikrini müdafiə edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib

Onun fikrincə, son üç il sübut etdi ki, yalnız Amerika-Rusiya razılaşması Ukraynada sülhə gətirib çıxara bilər.

Siyarto vurğulayıb ki, Macarıstan Rusiya ilə ABŞ arasında aparılan danışıqların uğurunda, eləcə də iki ölkə arasında geniş, hərtərəfli razılığın əldə olunmasında maraqlıdır. Nazir hesab edir ki, bu, qlobal təhlükəsizliyin mühüm təminatına çevrilməlidir.

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtında baş tutan Rusiya-ABŞ görüşü bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, eləcə də Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki prezident arasında görüşlərin təşkilinə həsr olunub.