Qərb Trampın Avropanı məhv etməsindən qorxurbackend

Qərb Trampın Avropanı məhv etməsindən qorxur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp xarici siyasəti ilə Avropanı məhv edəcək.

NOCOMMENT.az bu barədə “The New York Times”a istinadən yazır.

“Şübhə yoxdur ki, Tramp Ukraynadan başlayaraq Avropanı məhv etmək niyyətindədir. İfrat sağçıların yüksəlişi Avropa İttifaqını məhv etmək məqsədinə nail olmaqda mühüm rol oynayır ”, – İtaliyanın “İstituto Affari Internazionali” analitik mərkəzinin direktoru Natali Tocci bildirib.

Ekspertin fikrincə, Trampın istəklərinin səbəbi Avropanı ABŞ üçün “yalnız rəqib deyil, həm də iqtisadi və hətta ideoloji təhlükə” kimi görməsidir.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Avropa ölkələrinə öz tələbləri ilə “evlərində oturmağı” və “həyatlarının bu nöqtəyə necə gəlib çatdığını” düşünməyi təklif edib. Bundan əlavə, Rusiya lideri bəyan edib ki, Tramp münaqişənin həllinə Avropa liderlərindən daha çox təsir edir.