Belqorod vilayəti üzərində iki pilotsuz uçuş aparatı vurulub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu il fevralın 27-də Moskva vaxtı ilə saat 11:35-12:10 arasında növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti ərazisi üzərində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatını məhv edib”, – məlumatda deyilir.