Ukrayna hakimiyyəti Xarkov vilayətinin Kupyansk rayonunda məcburi təxliyə zonasını genişləndirə bilər. Bu, Rusiya Federasiyasının Belqorod vilayəti ilə sərhədə yaxın Velikoburluk istiqamətini əhatə edə bilər.
NOCOMMENT.az xəbər verir ki,bu barədə Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
“Mümkündür ki, yaxın gələcəkdə Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən uşaqlı ailələr üçün məcburi təxliyə zonasının genişləndirilməsi ilə bağlı daha bir qərar veriləcək. Bu, Velikoburluk istiqamətidir…”, – deyə o vurğulayıb.
O qeyd edib ki, Ukrayna Təhlükəsizlik Şurasının belə bir qərar qəbul edə bilməsinin səbəbi cəbhə xəttində vəziyyətin pisləşməsidir. Sinequbovun sözlərinə görə, hazırda orada kifayət qədər ciddi hərbi əməliyyatlar gedir.