Kourtney Kardaşian və Scott Disick-in böyük oğulları Mason Disick haqqında dünya mətbuatında geniş müzakirələrə səbəb olan bir iddia ortaya atılıb.
NOCOMMENT.az xarici KİV-ə istinadla xəbər verir ki, iddialara görə, 15 yaşlı Masonun bir qızı var.
İddiaların Mənbəyi
Masona aid olduğu iddia edilən xüsusi bir Instagram hesabından alınan ekran görüntülərində, onun keçmiş sinif yoldaşından “Piper” adlı bir qızı olduğu irəli sürülüb. Həmin hesabda keçirilən sual-cavab sessiyasında, Masona övladının olub-olmadığı soruşulduqda, “Bəli, var” cavabını verdiyi iddia edilir.\\Lent.az