Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır.
NOCOMMENT.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə qaldırılması təklif olunur.
Həmçinin, Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edə biləcək.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.\\Valyuta.az