Aİ Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı qərar qəbul etmir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Ənvər əl-Anuni brifinqdə bildirib.
“Biz belə qərarlar qəbul etmirik, bu, ayrı-ayrı üzv ölkələrin məsuliyyətidir”, – Ənvər əl-Anuni deyib.
Eyni zamanda, Avropa İttifaqı, onun sözlərinə görə, Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı qərarlar qəbul edə bilər. O, Aİ-nin Ukrayna Silahlı Qüvvələrində sursat çatışmazlığından xəbərdar olduğunu, eləcə də Ukrayna ordusunun güclü hava hücumundan müdafiə sisteminə və müdafiə sənayesinə dəstəyə ehtiyacı olduğunu vurğulayıb.