Hindistanın baş naziri Narendra Modi Avropa Komissiyasının sədri Ursula fon der Leyenin rəhbərlik etdiyi Aİ nümayəndə heyətinin ölkəyə səfərini tarixi adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, Aİ nümayəndələrinin Hindistana səfəri misilsizdir, çünki bu, təkcə Avropa Komissiyasının Hindistana ilk səfəri deyil, həm də ilk dəfədir ki, bir ölkə ilə bu qədər aktiv şəkildə məşğul olur.
“Mən prezidentə [Ursula von der Leyen] və bu tarixi səfərlə əlaqədar [Hindistana] gəlmiş Avropa Komissiyasının üzvlərinə ən səmimi salamlarımı çatdırıram”, – deyə o vurğulayıb.