Serbiya mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak etmək üçün ölkə silahlı qüvvələrinin fəxri qarovulunu göndərməyi planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti diplomatik mənbəyə istinadən məlumat yayıb.
“Bizim silahlı qüvvələrdən fəxri qarovulumuz var”, – agentliyin mənbəsi bildirib.
Fevralın 28-də Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan bütün ölkələrin liderlərinin mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirakını gözləyir. Nazirlik qeyd edib ki, Böyük Vətən Müharibəsindəki qələbə bu ölkələri birləşdirir.