Çin və Rusiya münasibətləri yaxşı qurulmuş həqiqi dostlardır.
NOCOMMENT.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşü zamanı deyib.
“Çin və Rusiya ümumi sərhədi paylaşan mehriban qonşular, eyni zamanda bir çox sınaqlardan keçmiş həqiqi dostlardır”, – deyə o vurğulayıb.
Si Cinpin qeyd edib ki, Çin və Rusiya tərəfləri strateji koordinasiya və praktiki qarşılıqlı əlaqəni təkmilləşdirməlidirlər.
“Biz davamlı olaraq strateji koordinasiya və praktiki əməkdaşlığı dərinləşdirməli, iki ölkənin ümumi inkişafı və dirçəlişinə kömək etməliyik”, – Çin lideri əlavə edib.