Avstriyanın federal kansleri vəzifəsini icra edən və xarici işlər naziri Aleksander Şallenberqin sözlərinə görə, Avropa İttifaqı Ukraynaya ABŞ-dən daha çox kömək edir.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, bu barədə fikirlərini “Die Presse” qəzetinə müsahibəsində bölüşüb.
“Aİ Ukrayna üçün ABŞ-dən qat-qat artıq işlər görür. O cümlədən hərbi yardım baxımından. “Gəlin təvazökar olmayaq”, – o deyib.
Atəşkəslə bağlı razılaşmalar əldə edildikdən sonra Ukraynanın təhlükəsizlik zəmanəti Çin, Braziliya və Hindistan kimi ölkələr tərəfindən verilməlidir. O, Rusiyanın 200 milyard avro dəyərində dondurulmuş aktivlərini Avropadakı vəziyyətə təsir rıçaqları adlandırıb.