London və Paris Kiyevlə Ukrayna münaqişəsinin başa çatdırılması planı üzərində çalışacaq.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.
Kir Starmer deyib ki, daha sonra bu plan Vaşinqtonla müzakirə olunacaq.
Qeyd edək ki, bu gün Londonda Avropa Təhlükəsizlik Sammiti keçiriləcək.