ABŞ prezidenti Donald Tramp əmindir ki, o, Rusiyaya kədər və sanksiyalardan başqa heç nə gətirməyib.
NOCOMMENT.az xəbər verir ki, onun çıxışı Fox News telekanalında yayımlanıb.
Jurnalistlərin suallarını cavablandıran Tramp deyib: “Bu barədə dürüst olmaq istəyirəm, düşünün. Mən Rusiyaya kədərdən başqa heç nə verməmişəm. Mən onlara sanksiyalar verdim və onlara Ukraynaya Javelin raketləri verdim. Sonra da mənim Rusiyaya nə qədər yaxın olduğumdan danışırlar”.
Fevralın 28-də Vladimir Zelenski Trampla görüşmək üçün Ağ Evə gəlib. Söhbət zamanı onların arasında mübahisə yaranıb, Tramp Zelenskiyə onun hörmətsiz münasibətini, ABŞ-ın vitse-prezidenti J.D.Vens isə Kiyevə verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etməyi unutduğunu qeyd edib. Görüşdən sonra keçirilən mətbuat konfransı ləğv edilib, ABŞ və Ukrayna arasında mineral ehtiyatlar üzrə sazişin imzalanması baş tutmayıb. Tramp daha sonra Zelenskinin Ukrayna münaqişəsini sülh yolu ilə həll etmək istəmədiyini və hörmətsizlik etdiyini vurğulayıb.