Moldovada “Katyuşa” mahnısının müdafiəsi üçün fləşmob keçirilibbackend

Moldovada “Katyuşa” mahnısının müdafiəsi üçün fləşmob keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovada müxalif “Qələbə” blokunun fəalları və tərəfdarları “Katyuşa” mahnısını müdafiə etmək üçün Kişinyovda Mədəniyyət Nazirliyinin binası qarşısında fleşmob keçiriblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə bloka daxil olan “Vozrojdenie” partiyasının lideri Nataliya Paraska bildirib.

“Bu gün “Pobeda” blokundan olan həmkarlarımızla birlikdə bütün təhdidlərə baxmayaraq, “Katyuşa” mahnısını ifa etdik. O, hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PSD) simvolik rənginə toxunaraq, “Ümid edirik ki, bu mahnı sarı vəba ilə mübarizənin simvoluna çevriləcək”, – deyə o vurğulayıb.

Yanvarın sonunda Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul Moldova muxtariyyətinin icraiyyə komitəsinin 2025-ci ili Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümü ili elan etmək barədə qərar qəbul etdiyini açıqlayıb. Qutsul təhsil müəssisələrinin, ictimai təşkilatların və rayon sakinlərinin bu təşəbbüsə qoşulacağına ümid edir.