Kobaxidze ölkənin Rusiyaya qarşı sanksiyalara qoşulmasının nəticələrindən danışıbbackend

Kobaxidze ölkənin Rusiyaya qarşı sanksiyalara qoşulmasının nəticələrindən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan 2022-ci ildə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulsaydı, iqtisadi çöküş və eskalasiya ilə üzləşəcəkdi.

NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Əslində, hökumətimizin, ilk növbədə, cənab Bidzina İvanişvilinin apardığı şahmat hesablamaları olmasaydı, bu təzyiqə qarşı durmaq çox çətin olardı. Birbaşa tələblər, birbaşa təzyiqlər var idi”, – Gürcüstan Nazirlər Kabinetinin rəhbəri deyib.

Kobaxidze əlavə edib ki, Gürcüstanın anti-Rusiya sanksiyalarına qoşulmaqdan imtina etməsi “ölkəyə 2022-ci ilin iyununda Aİ-yə namizəd statusunun verilməməsinin yeganə səbəbidir”.