Mütəxəssislərin Rusiyaya nüvə bombası atmağa qadir olduğunu deyən ABŞ Hərbi Hava Qüvvələrinin təkrar istifadə oluna bilən X-37B kosmik gəmisi Orbital Test Vehicle 7 (OTV-7) missiyası çərçivəsində 434 günlük uçuşu tamamlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə SpaceNews nəşri məlumat yayıb.
28 dekabr 2023-cü ildə Falcon Heavy raketi ilə aşağı Yer orbitinə buraxılan o, martın 7-də yerə enib. ABŞ Kosmik Qüvvələrinin kosmos əməliyyatlarının rəisi general Bradley Saltzman, “Yeddinci missiya X-37B-nin müxtəlif orbital rejimlərdə sınaq və eksperimental məqsədlərinə çevik şəkildə nail olmaq qabiliyyətini nümayiş etdirməklə yeni müstəviyə keçib” dedi.
Nəşr qeyd edir ki, X-37B-nin nümayiş etdirdiyi aerobraking qabiliyyəti (mühərriki işə salmadan orbitin maksimal hündürlüyünü dəyişdirmək üçün manevr) OTV-7 zamanı xüsusilə vacib olub. “Aerobraking xüsusiyyəti X-37B-yə rəqiblər tərəfindən aşkar edilə bilən görünən mühərrik izlərini buraxmadan orbiti dəyişmək üçün gizli rejim verir” dedi.
Oktyabr ayında Defence News ABŞ Kosmik Qüvvələrinə istinadən xəbər verdi ki, X-37B kosmik gəmisi Yerə yaxın kosmosda bir sıra manevrlər edəcək, o cümlədən atmosferin yuxarı qatında aerodinamik əyləc və xidmət modulunun ayrılması.
2021-ci ilin may ayında “Almaz-Antey” şirkətinin baş direktoru Yan Novikov bildirmişdi ki, Amerika X-37 kosmik gəmisi altıya qədər nüvə başlığı daşıya bilər.
Bundan sonra, elə həmin ilin iyul ayında həftəlik “Hərbi-sənaye kuryeri” qəzeti Novikovun bəyanatını şərh edərək yazırdı ki, “Amerikanın Boeing X-37B kosmik gəmisinin kosmosun müəyyən edilmiş ərazisinə daxil olması, daha sonra mezosferə enməsi və Rusiya ərazisinə nüvə başlıqlarını atması ehtimalı yüksəkdir ”.