Avstriya Avropa İnvestisiya Bankının vitse-prezidenti vəzifəsinə Nehammerin namizədliyini irəli sürübbackend

Avstriya Avropa İnvestisiya Bankının vitse-prezidenti vəzifəsinə Nehammerin namizədliyini irəli sürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriya hökuməti Avropa İnvestisiya Bankının vitse-prezidenti vəzifəsinə keçmiş kansler Karl Nehammerin namizədliyini irəli sürüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə OE24 telekanalı məlumat yayıb.

“Avstriya Xalq Partiyasından olan Avstriyanın keçmiş federal kansleri Karl Nehammer hökumət tərəfindən Avropa İnvestisiya Bankının vitse-prezidenti vəzifəsinə irəli sürülüb”, – məlumatda deyilir.

Qeyd olunur ki, bu məlumatı Avstriya Maliyyə Nazirliyi də təsdiqləyib. Avropa İnvestisiya Bankının Direktorlar Şurası bir prezident və səkkiz vitse-prezidentdən ibarətdir. Nehammerin namizədliyi nəhayət təsdiq olunarsa, o, sentyabrda vəzifəsinin icrasına başlayacaq.