ABŞ prezidenti Donald Tramp rüsumlar səbəbindən qiymətlərin düşməsi fonunda birja oyunçularını səhm almağa çağırıb.
NOCOMMENT.az xəbər verir ki, siyasətçi nikbin çağırışını sahibi olduğu Truth Social sosial şəbəkəsində yerləşdirib.
“İndi ehtiyat toplamaq üçün yaxşı vaxtdır!!! DJT”, – Trampın yazısında deyilir.
Qeyd edək ki, aprelin 2-də prezident Tramp bütün idxal olunan mallara 10%-lik baza rüsumunun tətbiq ediləcəyini açıqlayıb. Ümumilikdə siyahıya 185 ölkə daxil edilib.