ABŞ Çinin neft emalı zavoduna və İran neftinin Çinə tədarükünü asanlaşdıran bir neçə şirkət və gəmiyə qarşı yeni sanksiyalar elan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.
“Birləşmiş Ştatlar Shandong Shengxing Chemical Co., Ltd. zavoduna bir milyard dollardan çox İran nefti aldığına görə sanksiyalar tətbiq edir”, – nəşr yazır.
Dövlət Departamenti həmçinin aydınlaşdırır ki, yeni sanksiyalar Çinə neft tədarükü ilə məşğul olan bir neçə İran şirkətinə və gəmilərinə təsir edəcək.