Ukrayna lideri Vladimir Zelenski Türkiyədə yalnız Rusiya prezidenti Vladimir Putinlə görüşə hazırlaşdığını və başqa formatları hələ müzakirə etmədiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Mən onunla (Rusiya prezidenti Vladimir Putin. — Gazeta.Ru) görüşməyə hazıram. Hələlik biz başqa formatlar üzərində işləməmişik və müzakirə etməmişik. Bəli, tək olmayacağam, bu, faktdır, amma məsələ bu deyil. Məsələ burasındadır ki, biz dəqiq nə təklif olunduğunu nəzərdən keçiririk”, – Zelenski jurnalistlərlə görüşü zamanı deyib.
O, beləliklə, Rusiyanın görüşə öz nümayəndələrini göndərəcəyi təqdirdə Ukraynanın danışıqlar qrupunda təmsil olunub-olunmayacağı ilə bağlı sualı cavablandırıb.