İtalyan ralli pilotu Polşada test yürüşü zamanı həlak olubbackend

İtalyan ralli pilotu Polşada test yürüşü zamanı həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtalyan avtomobil yarışçısı Matteo Doretto Polşada keçiriləcək Avropa ralli çempionatı ərəfəsində test yürüşü zamanı baş verən qəza nəticəsində həyatını itirib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qəza zamanı onun şturman; Samuele Pellegrino xəstəxanaya aparılsa da, xəsarət almayıb və vəziyyəti stabildir.

21 yaşlı Matteo Doretto 2024-cü ildə İtaliya üzrə gənclər çempionu olmuş, bu nəticəyə əsasən Avropa çempionatında iştirak hüququ qazanmışdı.