İran hakimiyyəti İsrailin öz ərazisinə endirdiyi, dinc əhalinin, o cümlədən alimlərin və hərbçilərin ölümünə səbəb olan zərbələrə sərt cavab verəcək.
NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran hökumətinin bəyanatında deyilir.
Bəyanatda deyilir: “Bu gün hamımız, İran xalqı, hökuməti və rəhbərliyi yüksək səslə və qətiyyətlə bəyan edə bilərik ki, sionistlər terrorçu və təcavüzkardırlar. Bizim cavab verməyə tam haqqımız var və edəcəyik. Heç bir daxili fikir ayrılığı olmadan biz bu terror rejiminə sərt cavab verəcəyik.