Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldıbackend

Qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda “Boeing 787 Dreamliner” təyyarəsinin qəzaya uğradığı yerdə iki qara qutudan biri tapılıb.

NOCOMMENT.az xəbər verir ki,  bu  barədə “Hindustan Times”  nəşri məlumat dərc edib.

Əhmədabadda 300-dən çox insanın ölümü ilə nəticələnən faciəvi təyyarə qəzasından bir neçə saat sonra səlahiyyətlilər qəzanın səbəbini müəyyən etməyə kömək edəcək iki qara qutudan birini tapıblar”, – KİV yazıb.

Təyyarənin ön hissəsində yerləşən ikinci qara qutu hələ də tapılmayıb.

“Air India Boeing 787 Dreamliner” təyyarəsi  Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarə  həkimlər yataqxanasına çırpılıb.//Unikal”