İrandan həyata keçirilən raket hücumu nəticəsində xəsarət alanların sayı 17 nəfərə çatıb. Onlara zəruri tibbi yardım göstərilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrailin təcili yardım xidməti “Magen David Adom”un (MDA) mətbuat xidməti məlumat yayıb.
“MDA həkimləri və paramedikləri yaralılara tibbi yardım göstərir və onları xəstəxanaya çatdırır”, – deyə açıqlamada bildirilir.
Qurumun məlumatına görə, yaralılar arasında üç nəfərin vəziyyəti ağırdır: bədəninin yuxarı hissəsindən qəlpə yarası alan 16 yaşlı yeniyetmə, eləcə də aşağı ətraflardan yaralanmış 54 və 40 yaşlı iki kişi.
Daha 14 nəfərin vəziyyəti yüngüldür – onlar əsasən qəlpə və şrapnel xəsarətləri alıblar. MDA briqadaları hadisə yerlərində əlavə axtarış və qiymətləndirmə işlərini davam etdirir.