“Böyük Yeddilik” (G7) sammitindən sonra ABŞ-ın Rusiyaya qarşı sanksiya təzyiqlərini sərtləşdirməyə hazır olmadığı bəlli olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi hökumət rəsmilərinə istinadla xəbər verir.
“G7 sammitindən sonra aydın oldu ki, ABŞ Rusiyaya qarşı daha sərt sanksiyaları dəstəkləməyə hazır deyil”, – deyə agentlik yazır.
Məlumata görə, “Böyük Yeddilik” liderləri ABŞ Prezidenti Donald Trampı Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləməyə inandırmağa çalışıblar. Lakin bu müzakirələr Trampın Moskvaya qarşı sanksiyaları sərtləşdirməklə bağlı mövqeyinə təsir etməyib.