Yaxın Şərqdə və Ukraynada baş verən hadisələr mahiyyət etibarilə bir-birindən fərqlidir.
NOCOMMENT.az xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən sual-cavab sessiyası zamanı bildirib.
“Birincisi, bu vəziyyət oxşar deyil, mahiyyətcə tamamilə fərqlidir. İkincisi, biz Ukraynanın kapitulyasiyasını tələb etmirik. Biz sadəcə yer üzərində formalaşmış reallıqların tanınmasını istəyirik”, – deyə o, mövzu ilə bağlı suala cavab verərkən qeyd edib.
Qeyd edək ki, iyunun 20-də Putin SPİEF-in plenar iclasında çıxış edib. Dövlət başçısının çıxışı 55 dəqiqə davam edib.