Quba rayonunun prokurorunun da səlahiyyət müddəti uzadılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, hazırkı prokuror Namiq Muradov 2-ci səlahiyyət müddətinə Quba rayon prokuroru vəzifəsinə təyin olunub.
***
20 iyun, saat: 14:37
Bakının 3 rayonunun prokuroru ikinci səlahiyyət müddətinə təyin edilib.
Baş prokuror Kamran Əliyev əmrinə əsasən, Həsən Hənəfiyev Nəsimi rayonu, Hidayət Nurəlibəyov Nərimanov rayonu, Rəşid Mahmudov isə yenidən Suraxanı rayonunun prokuroru təyin olunub.
***
12:16
Baş Prokurorluqda yeni kadr dəyişiklikləri olub.
Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv Tədbirlər və Təhqiqat İdarəsinin rəisi Səbuhi Alıyev vəzifəsindən azad olunub və Baş Prokurorluğun Beynəlxaq Hüquqi Əməkdaşlıq İdarəsinin rəisi təyin edilib.
Qeyd edək ki, bundan əvvəl Beynəlxaq Hüquqi Əməkdaşlıq İdarəsinin rəisi Erkin Əlixanov baş prokurorun əmri ilə vəzifəsindən ayrılıb.
Bundan əlavə, İsfəndiyar Hacıyev Təşkilati və informasiya təminatı idarəsinin, Natiq Eyvazov isə tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə təsdiqlənib.\\Lent.az