Almaniya müdafiə naziri Boris Pistorius, Pentaqonun rəhbəri Pit Heqset üzərində Avropadan qoşunların çıxarılması məsələsində təzyiq göstərməsi səbəbindən NATO-nun bəzi üzvlərinin narazılığına səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Financial Times” yazır.
Mənbələrə görə, Pistorius Heqsetdən Amerikanın Avropadan qoşun çıxarılması üçün “yol xəritəsi” təqdim etməsini tələb edib.
Məqalədə vurğulanır ki, Almaniya müdafiə nazirinin bu addımı NATO üzvü ölkələrin bəzi paytaxtlarında narahatlıq yaradıb, çünki onlar hesab edir ki, belə davranış ABŞ-ın həqiqətən də qoşunları qitədən çıxarmağa başlama riskini artırır.