Türkiyə XİN-in bəyanatında deyilir ki, Türkiyə İsrail və İran arasında atəşkəs razılaşması barədə xəbərləri alqışlayır və qarşıdakı kritik dövrdə buna əməl etməyə çağırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Biz İsrail və İran arasında atəşkəsin razılaşdırıldığı barədə xəbərləri alqışlayırıq. Biz atəşkəsin pozulması ilə bağlı xəbərləri diqqətlə izləyirik və bütün tərəfləri qarşıdakı kritik dövrdə atəşkəsə tam əməl etməyə çağırırıq”, – mətndə deyilir.
“Yaxın Şərqin sülh və sabitliyə hər zamankindən daha çox ehtiyacı olduğu bir vaxtda hərtərəfli və davamlı həllə nail olmaq üçün qəti addımlar atmaq lazımdır. Bu çərçivədə dialoq və diplomatiya kanallarının açıq qalmasını həyati vacib hesab edirik”, – Türkiyə Xarici İşlər Nazirliyi bildirib.