NATO ölkələri müdafiə xərclərini ABŞ və prezident Donald Tramp üçün deyil, öz təhlükəsizlikləri üçün artırır.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Bundestaqda çıxışı zamanı deyib.
“Gələcəkdə təhlükəsizliyimizə əhəmiyyətli dərəcədə daha çox sərmayə qoymağa qərar verəcəyik. Biz bunu qismən iddia edildiyi kimi, ABŞ və onun prezidentinə yaxşılıq etmək üçün etmirik”, – siyasətçi bildirib.
Merz vurğulayıb ki, Almaniya Rusiyadan gələn təhdid qarşısında daha çox məsuliyyət daşımalıdır. O, həmçinin əlavə edib ki, onun fikrincə, Moskva ilə güclü mövqedən danışmaq lazımdır.
Bundan əvvəl məlum olub ki, NATO ölkələri 2035-ci ilə qədər hərbi xərcləri ÜDM-in 5 faizinə çatdırmağa razılaşıblar. Diplomatlar bildiriblər ki, dövlətlər birbaşa olaraq 3,5 faiz, kibertəhlükəsizliyə və yol şəbəkəsinin modernləşdirilməsinə daha 1,5 faiz xərcləmək qərarına gəliblər.