ABŞ Rusiya ilə razılaşmaq istədiyini söylədibackend

ABŞ Rusiya ilə razılaşmaq istədiyini söylədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp “Rusiya ilə razılaşmaq” istədiyini bildirib.

NOCOMMENT.az bildirir ki, Hollandiyada NATO sammitinə gedən təyyarədə jurnalistlərə danışan ondan alyans liderlərinin görüşündən sonra hazırlana biləcək kommünikedə Rusiya ilə bağlı ifadələri şərh etməsi istənilib.

“Mən buna baxmalı olacağam. Amma mən Rusiya ilə razılaşma əldə etmək istərdim. Bildiyiniz kimi, [Rusiya Prezidenti] Vladimir [Putin] mənə zəng etdi. O dedi: “İranla bağlı sizə kömək edə bilərəmmi?” Dedim ki, yox, mənim İranla bağlı köməyə ehtiyacım yoxdur. Və ümid edirəm ki, biz Rusiya ilə razılığa gələ bilərik”, – deyə Tramp cavab verib.