“Meydan TV” işi üzrə saxlanılan Şəmşad Ağanın həbs müddəti uzadılıbbackend

“Meydan TV” işi üzrə saxlanılan Şəmşad Ağanın həbs müddəti uzadılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Meydan TV” işi üzrə saxlanılan “Arqument.az” saytının rəhbəri Şəmşad Ağanın həbs müddəti uzadılıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə qərar Xətai Rayon Məhkəməsində keçirilən prosesdə verilib.

Qərara əsasən, onun həbs müddəti sentyabr ayının 5-nə qədər uzadılıb.

Qeyd edək ki, Şəmşad Ağa qaçaqmalçılıqda ittiham olunur.

Xatırladaq ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən “Meydan TV” əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıb.

Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

Daha sonra Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində həbs qətimkan tədbiri seçilib.