ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranda hakimiyyətin dəyişdirilməsinin tərəfdarı deyil.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
“Əgər bu baş versə, deməli, baş verəcək. Amma yox, mən bunu istəmirəm. Mən istərdim ki, hər şey mümkün qədər tez sakitləşsin. Rejim dəyişikliyi xaos yaradır. Biz isə, ideal halda, bu qədər xaos istəmirik”, — deyə Tramp bildirib.
Trampın fikrincə, İran dirçəlmək potensialına malikdir, çünki iranlılar “çox yaxşı tacirlər və əla iş adamlarıdır”, həmçinin böyük neft ehtiyatlarına sahibdirlər.
“Onlar qaydasına düşməlidirlər. Onlar sağalıb uğur qazana biləcəklər. Onların heç vaxt nüvə silahı olmayacaq, amma bundan başqa — onlar uğur qazanmalıdırlar”, — deyə ABŞ prezidenti vurğulayıb.