Dəməşq şəhərində partlayış baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Suriyanın Al-Ikhbaria telekanalı məlumat yayıb.
Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik məlum deyil.
Qeyd edək ki, iyunun 22-də Dəməşqin xristian əhalinin yaşadığı Duveyla rayonunda yerləşən Müqəddəs İlya kilsəsində güclü partlayış baş vermişdi. Terrorçu ibadət zamanı kilsəyə daxil olaraq əvvəlcə atəş açıb, daha sonra isə partlayıcı qurğunu işə salmışdı.