ABŞ və Avropadan olan analitiklər Donald Trampın prezidentliyi dövründə Şimali Atlantika Alyansının (NATO) dağılacağı ehtimalından narahatdırlar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
“Tramp NATO-nun mövcud böhranlarını daha da dərinləşdirir və Atlantikanın hər iki tərəfində analitikləri düşündürür: alyans sonda dağılacaqmı?” — deyə məqalədə qeyd olunur.
Agentliyin məlumatına görə, NATO hal-hazırda bir neçə paralel böhran yaşayır. Belə ki, “etimad böhranı” Avropa ölkələrinin alyansın onları qoruyacağına dair şübhələri ilə bağlıdır. “Hazırlıq böhranı” isə Avropa İttifaqının mövcud çağırışlara cavab verəcək hərbi-sənaye potensialının olmaması ilə əlaqələndirilir.