Ukraynada münaqişənin həlli üçün Rusiyaya qarşı iqtisadi təzyiqlər artırılmalıdır.
NOCOMMENT.az xəbər verir ki, bu fikri Almaniya kansleri Fridrix Mers NATO-nun Haaqa sammitindən sonra keçirilən brifinqdə səsləndirib.
“Avropa İttifaqı bu istiqamətdə fəaliyyət göstərir və sabah, nəhayət, 18-ci sanksiya paketinə start veriləcək. Amma təkcə bu paket kifayət etmir, ABŞ-ın sanksiyalar prosesində daha fəal iştirakı zəruridir”, – deyə o bildirib.
Mersin sözlərinə görə, yaxın günlərdə ABŞ Senatında Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq. O, həmçinin qeyd edib ki, sammit çərçivəsində ABŞ prezidenti Donald Trampla şəxsən görüşərək Rusiyaya qarşı yeni məhdudiyyətləri dəstəkləməsini xahiş edib.