İsrail İrana qarşı keçirdiyi hərbi əməliyyatdan sonra qonşu ölkələrlə “sülh sazişlərinin dramatik şəkildə genişlənməsi” üçün bir yol gördüyünü bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu sosial şəbəkədə paylaşım edib.
“Biz İrana qarşı cəsarətlə vuruşduq və böyük bir qələbə qazandıq. Bu qələbə sülh sazişlərinin əhəmiyyətli dərəcədə genişlənməsi üçün imkanlar açır. Biz bu istiqamətdə fəal çalışırıq”, — deyə Netanyahu bildirib.