Aİ: Ukraynanın üzvlüyü ilə bağlı danışıqlar sonrakı iclasda müzakirə olunacaqbackend

Aİ: Ukraynanın üzvlüyü ilə bağlı danışıqlar sonrakı iclasda müzakirə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan, Ukraynanın Avropa İttifaqına üzvlük üzrə danışıqların başlanması ilə bağlı Aİ sammitində qərarın qəbul edilməsinə mane olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS tərəfindən yayımlanan sənəddə qeyd olunur.

Sənədə əsasən, 26 ölkə Kiyevlə danışıqlar bölmələrinin açılmasına dair Avropa İttifaqı Şurasına birbaşa çağırış edən bəyanat layihəsini dəstəkləyib. Lakin Budapeşt konsensusu bloklayıb və müzakirələrin oktyabr ayına qədər təxirə salınmasına səbəb olub.

Nəticədə yayımlanan yekun kommünikedə qeyd olunur: “Avropa Şurası bu məsələyə növbəti iclasda qayıdacaq”