Ukrayna Ordusuna 4 milyon dron alınacaq – Müdafiə nazirindən böyük planbackend

Ukrayna Ordusuna 4 milyon dron alınacaq – Müdafiə nazirindən böyük plan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Naziri Rüstəm Umerov ordunu müasir pilotsuz sistemlərlə genişləndirmək üzrə böyük planlar elan edib.

NOCOMMENT.az xəbər verir ki,  “Strana.ua” nəşrində dərc olunan açıqlamaya əsasən, bu il Ukrayna Silahlı Qüvvələri 4 milyondan çox müxtəlif tipli dronlar almalıdır.

Təchizatda xüsusi diqqət rusiyanın hücum dronlarına qarşı xüsusi hazırlanmış yeni dron-interseptorlara yönəldiləcək. Umerov bildirib ki, belə sistemlərin ilkin sınaqları “Geran-2” tipli dronların yüksək effektivliyini uğurla neytrallaşdırdığını göstərib.