Sorğuda iştirak edən ermənilər Paşinyanın işini mənfi adlandırıblarbackend

Sorğuda iştirak edən ermənilər Paşinyanın işini mənfi adlandırıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda keçirilən sosioloji sorğu iştirakçılarının 67%-dən çoxu baş nazir Nikol Paşinyanın işini mənfi qiymətləndirib.

NOCOMMENT.az xəbər verir ki, bunu Gallup International xidmətinin təqdim etdiyi araşdırmanın nəticələri sübut edir.

Belə ki, respondentlərin 49,1%-i Paşinyanın işini son dərəcə mənfi, daha 18,8%-i isə kifayət qədər mənfi adlandırıb. “Ümumilikdə, Ermənistanda respondentlərin 67,9%-i Ermənistanın baş nazirinin işini mənfi qiymətləndirib. Respondentlərin yalnız 8,2%-i Paşinyanın işindən tam razıdır, 13,7%-i kifayət qədər razıdır, 10,2%-i isə bu suala cavab verməkdə çətinlik çəkib”, – Gallup İnternational-ın Ermənistan nümayəndəliyinin rəhbəri Navard Arasyan bildirib.

Eyni zamanda, o, hazırkı baş nazirin işindən narazı olan vətəndaşların nisbətinin artması tendensiyasına diqqət çəkərək, fevral sorğusunun nəticələrini misal çəkdi: o zaman respondentlərin 46,5%-i Paşinyanın işindən narazı, 19,1%-i kifayət qədər narazı, 15,9%-i isə daha çox razı qalıb.

Sorğu iyunun 23-dən 25-dək telefon müsahibəsi vasitəsilə aparılıb və 1000 respondent iştirak edib. Səhv marjası 3 faiz bəndidir.