Rusiyada “Baku plaza” ticarət mərkəzində ƏMƏLİYYATbackend

Rusiyada “Baku plaza” ticarət mərkəzində ƏMƏLİYYAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların saxlanılması ilə bağlı araşdırmalar davam etdirilir.

NOCOMMENT.az yerli KİV-ə istinadla bildirir ki, istintaq çərçivəsində Azərbaycan diasporu ilə əlaqəsi olan şəxslər dindirilir. Əvvəllər qalmaqalların mərkəzində olan “Baku Plaza” ticarət mərkəzində də axtarışlar aparılıb.

Regional İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətlərinin bəyanatlarına görə, Rusiya Milli Qvardiyasının iştirakı ilə birgə tədbirlər keçirilib. Əvvəlki illərin cinayətlərini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb, axtarışlar aparılıb. Saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. İstintaqın maraqları baxımından işin təfərrüatları hələlik açıqlanmır.\\Lent.az