Ötən il NATO dövlətləri ABŞ-dən 21 milyard dollar dəyərində silah alıblarbackend

Ötən il NATO dövlətləri ABŞ-dən 21 milyard dollar dəyərində silah alıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonun NATO-dakı müttəfiqləri 2024-cü ildə ABŞ-dən təxminən 21 milyard dollar dəyərində müxtəlif silahlar alıblar.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin yazılı bəyanatında deyilir.

Onun fikrincə, ABŞ silah istehsalı sahəsində yeniliklərə görə müttəfiqlərini qabaqlayır: “Bu baxımdan alyans etibarlı çəkindirməni təmin etmək üçün müdafiə sektorunda, o cümlədən süni intellektlə bağlı Amerika texnologiyalarına etibar etməlidir”.

İyunun 24-25-də Haaqada keçirilən NATO sammitinin yekunları üzrə qəbul edilən kommünikeyə əsasən, təşkilata üzv ölkələrin liderləri müdafiə xərclərini ÜDM-in 5%-ə qədər artırmaq barədə razılığa gəliblər.