1 milyon barrel neft daşıyan tankerdə partlayış baş veribbackend

1 milyon barrel neft daşıyan tankerdə partlayış baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liviya sahilləri yaxınlığında 1 milyon barrel neft daşıyan Vilamoura tankerində partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi operator şirkət TMS Tankersin bəyanatına istinadla məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, partlayış nəticəsində gəminin mühərrik bölməsi su ilə dolub. Qeyd olunur ki, bu hadisədən əvvəl tanker guya Qazaxıstana məxsus nefti daşımaq üçün Rusiya limanlarına daxil olub.

“Vilamoura aprel ayından bəri iki dəfə Rusiya neft terminallarına baş çəkib. Məqsəd rus nefti deyil, məhz Qazaxıstan neftini götürmək olub,” – deyə agentlik gəminin hərəkət marşrutunun izlənməsi ilə bağlı məlumatlara əsasən yazır.